Bakıda kuryoz olay: Yanğına baxarkən avtomobilin vurduğu şəxsin vəziyyəti açıqlandı

Ötən gün Bakının Nərimanov rayonunda avtomobilin vurduğu piyadanın vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"21.09.2026-cı il tarixində saat 18:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Qamış sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 21.09.2026-cı il tarixində saat 21:30-da özəl tibb müəssisəsinə təxliyə olunub".
Qeyd edək ki, zərərçəkən ötən gün Bakının Nərimanov rayonunda, Ə.Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğını izləyərkən avtomobillə vurulub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












