Bakıda lift qəzası: Nəqliyyat vasitələrinə dəymiş zərər necə qarşılanacaq?

Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində liftin qırılması nəticəsində ərazidəki nəqliyyat vasitələrinə ziyan dəyib. Bu, həmin nəqliyyat vasitələrinə dəymiş ziyanın necə qarşılanacağı ilə bağlı məsələni gündəmə gətirib.
Sığorta eksperti Emil Ağabağırov da bildirib ki, bu kimi hallarda həmin tikilinin müvafiq məsuliyyət sığortası varsa, qarşı tərəfin əmlakı, yəni avtomobil üzrə sığorta həyata keçirilə bilər. Ekspertin sözlərinə görə, avtomobilin kasko sığortası varsa, dəymiş zərər sığorta şəhadətnaməsi üzrə ödənilir.
"Əgər heç bir sığorta yoxdursa, o zaman sığorta şirkətləri tərəfindən hansısa ödənişin həyata keçirilməsi mümkün deyil", - deyə mütəxəssis bildirib.
Xatırladaq ki, Bakıda Süleyman Tağızadə küçəsində liftin qırılması nəticəsində moped və avtomobilin zərər görməsi barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır.
(oxu.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












