Bakıda məşhur müğənni restoranda sevgilisini döydü

Bakıda müğənni oğlan restoranda sevgilisini döyüb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki "Həyat" restoranında baş verib.
Orada müğənni işləyən Nahid Qasımov (ad və soyad şərtidir) restorana müştəri kimi gələn Rəhimə adlı qadınla tanış olur. Bir müddət danışandan sonra onların arasında sevgi münasibətləri yaranır və onlar sevgili olurlar. Rəhimə Nahidə "iPhone 14" markalı telefon da hədiyyə edir. Bir müddətdən sonra onların arasında mübahisə yaranır və ayrılırlar.
Hadisədən bir neçə gün sonra Rəhimə Nahidi görmək üçün yenidən onun müğənni işlədiyi restorana gəlib və özünə spirtli içki sifariş verib. Rəhiməni restoranda görən Nahid ona yaxınlaşıb salamlaşıb və yenidən oxumağa başlayıb. Rəhimə Nahid üçün də spirtli içki göndərib və hesabını özü ödəyib. Elə bu vaxt Nahidə restoranda müştəri olan digər qadın yaxınlaşıbr və ona musiqi sifariş verib.
Qadının Nahidlə səmimi rəftarını görən Rəhimə ona yaxınlaşaraq irad bildirib və ona hədiyyə verdiyi telefonu geri istəyib. Nahid əsəbiləşərək telefonu yerə çırparaq sındırıb, Rəhiməni isə döyüb.
Hadisə yerinə polis əməkdaşları gəlib və Nahid saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə isitintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan işə xitam verilib, Nahid məsuliyyətdən azad olunub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












