Bakıda məşhur tikinti şirkətinin obyektində FACİƏ - VİDEO - YENİLƏNİB

Səbail rayonu, Badamdar qəsəbəsində "Huner Group" MMC-yə məxsus villaların tikildiyi ərazidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.
Şirkətin rəsmisi Nəsimi Paşayev Baku TV-yə açıqlamasında bildirib ki, hadisə fevralın 25-də axşam saat altı radələrində baş verib.
"Sözügedən yaşayış evlərinin elektrik təchizatını həyata keçirmək üçün digər kommunikasiya xətləri ilə yanaşı, elektrik kabelləri quraşdırılmalıdır. Həmin ərazidən kənarda böyük bir elektrik barabanı var idi, o hərəkət etdiyi və əməkdaş da özünü itirdiyi üçün bədbəxt hadisə baş verib", - deyə o bildirib.
N.Paşayev onu da bildirib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***11:06
Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












