Bakıda müdir fəhləni İŞDƏN ÇIXARDI – Əsəbiləşib 40 kq xiyar oğurladı

Bakıda istixanadan təxminən 40 kiloqram xiyar oğurlayan şəxs məhkəmə qərarı ilə azadlığa buraxılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş, ailəli, orta təhsilli və fərdi əməklə məşğul olan M.K. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş işə məhkəmədə iclasda baxılıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda məlum olub ki, M.K. təxminən 6-7 ay ərzində Binəqədi rayonu, Goradil bağları, Polad Həşimov küçəsində yerləşən istixanada fəhlə kimi çalışıb. İstixananın müdiri E.S. onu işdən çıxardıqdan sonra M.K. əsəbiləşərək əraziyə hasardan daxil olub və istixanadan dörd vedrə xiyar oğurlayıb. Oğurlanan məhsulun dəyərinin 60 manat olduğu bildirilib. Polis əməkdaşları tərəfindən saxlanılan M.K. polis şöbəsində törətdiyi əməli etiraf edib və ümumilikdə 40 kiloqram xiyar götürdüyünü bildirib. Məhkəmədə ifadə verən şəxs əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş zərəri tam ödədiyini deyib. Bu səbəbdən o, inzibati xəta işi üzrə icraata xitam verilməsini xahiş edib. Məhkəmə iş materiallarını araşdırdıqdan sonra M.K. barəsində inzibati xəta üzrə icraata xitam verib. O, məhkəmə zalından dərhal azad edilib.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












