Bakıda obyektdə yanğın BAŞLAYIB - YENİLƏNİB

Bakıda tarixi binada yerləşən obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.
***14:39
Yanğın üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində baş verib.
Avtosfer.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qərargahının rəisi, polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın 120 kvadratmetr ərazini əhatə edib. Bina qədim tikili olduğundan əsasən taxta konstruksiyalardan ibarət olub.
İ.Nəsibov bildirib ki, yanğın zamanı binadan altı nəfər təxliyə edilib. Yaşlı sakinlərdən biri həkimə müraciət etsə də, onun həyatına təhlükə yoxdur.
Qərargah rəisinin sözlərinə görə, hadisə yerinə 12 texnika və 62 nəfər şəxsi heyət cəlb olunub, yanğın məhdudlaşdırılıb. Hadisənin başvermə səbəbi araşdırılır, nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***12:54
Bakının Səbail rayonu Nigar Rəfibəyli, 26 ünvanında baş verən yanğınla bağlı söndürmə işləri davam edir.
Avtosfer.az xəbər verir ki, hadisə yerində yerləşən mağazaların sahibləri yanğının təsirindən qorumaq məqsədilə obyektlərdəki mallarını çıxarmağa başlayıblar.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işləri davam etdirirlər.
***
Bakının Nigar Rəfibəyli küçəsində baş verən yanğının tarixi binada qeydə alındığı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisənin baş verdiyi bina Nigar Rəfibəyli küçəsi, 26A-26G ünvanında yerləşir.
Bina 1893-1899-cu illərdə inşa edilmiş, dövlət tərəfindən mühafizə olunan yerli əhəmiyyətli memarlıq abidəsidir.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
İlkin ehtimala görə, yanğın binanın birinci mərtəbəsində yerləşən restorandan başlayıb.
***12:16
Səbail rayonu, Nigar Rəfibəyli, 26 ünvanında baş verən yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülüb.
Avtosfer.az bununla bağlı FHN-ə istinadən xəbər verir.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***11:30
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB










