Bakıda ölümlə nəticələnən yanğınla bağlı məhkəmədə kafe sahibi nələri danışdı?

Kafeni yandıraraq bir nəfərin ölümünə, 12 nəfərin isə ağır xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə işini davam etdirib.
Firmanın təsisçisi olan şəxs zərərçəkən kimi ifadə verib. O, yanğın zamanı obyektə 16 800 manat ziyan dəydiyini deyib. Zərərçəkənin sözlərinə görə, obyekti Vüsal adlı şəxsə 800 manata icarəyə veribmiş.
Digər zərərçəkən Şəhriyar Quliyev isə hadisə zamanı kafedə müştəri kimi əyləşibmiş. O, yanğın zamanı içərini tüstü bürüdüyündən çətinliklə olsa da, obyektdən çıxmağı bacardığını deyib. Bu zaman isə qolundan yanıq xəsarəti alıb.
Növbəti proses noyabrın 11-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində baş verib.
Kafenin inzibatçısı ilə yaranmış mübahisə zamanı Famil Kərimov oranı tərk edərək yaxınlıqdakı marketlərdən birindən plastik su qabı əldə edib və yanacaqdoldurma məntəqəsindən benzin aldıqdan sonra yenidən kafeyə geri qayıdıb.
Bundan sonra o, obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli yandığını görərək özünü ikinci mərtəbədə yerləşən kafedən atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla yanaşı, kafedə olan daha 12 nəfərdə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən onurğa sütununun qırılması kimi ağır xəsarətlər alıblar.
Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












