Bakıda qadın küçədə yumruqlandı

Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan münasibətdə olduğu qadına xəsarət yetirib. Avtosfer.az “Demokrat.az”a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarın 26-da rayonun Azadlıq prospekti 155 ünvanının qarşısında baş verib. İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Sahib həmin gün saat 20:30-da küçədə olduqları zaman qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu Fatimə (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, qəsdən yumruğu ilə qadının sifət nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sahib əməli törətməkdə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını və ona vurduğu ziyanı tam olaraq ödədiyini bildirib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












