Bakıda qardaşı oğlunu qətlə yetirən şəxsə hökm oxunub

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Babək İbadov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Babək İbadovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Hadisə ötən il noyabrın 5-də gecə saatlarında paytaxtın Səbail rayonu ərazisində baş verib.
Məlumata görə, 2006-cı il təvəllüdlü Yasin İbadov kəsici-deşici alətlə xəsarət yetirilərək öldürülüb. Onun daha əvvəl məhkumluğu olmuş əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, Babək İbadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 221.3-cü ( Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.

Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












