Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərdən Afiq Hacıəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib. Prokuror, həmçinin Natiq İmamcanov barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək onun məhkəmə zalında həbs olunmasını da təklif edib. Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək öldürüb. Hadisə günü tanışı Afiq Hacıəliyevlə birlikdə olan Natiq İmamcanov da təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və Natiq İmamcanova qarşı isə 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












