Bakıda qonşu mübahisəsi qətllə nəticələndi

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Binə-Sovxoz ərazisində qeydə alınıb.
APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 11.07.2026-cı il tarixində saat 19:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binə qəsəbəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1981-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşu ona bıçaqla xəsarətlər yetirib. Şübhəli şəxs qonşusuna 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.
Qətli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, həyatını itirən şəxsin 3 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












