Bakıda şagirdlərin davası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta ümumtəhsil məktəbində iki IX sinif şagirdi arasında baş verən münaqişə ilə bağlı rəsmi açıqlama verilib. Avtosfer.az xəbər verir ki, hadisə tənəffüs zamanı başlayıb və daha sonra məktəbin sanitar qovşağı ərazisində davam edib. İlkin məlumatlara əsasən, tərəflər arasında yaranan mübahisə zamanı şagirdlərdən biri digərinə qarşı fiziki güc tətbiq edib.
Məktəb rəhbərliyinin məlumatına görə, hadisə barədə həmin anda müəllim və ya məktəb administrasiyasına məlumat verilməyib. Məsələ yalnız videogörüntülərin sosial şəbəkələrdə yayılmasından sonra aşkarlanıb və dərhal araşdırma aparılmağa başlanılıb.
Bildirilib ki, fiziki təzyiqə məruz qalan şagird tibbi müayinədən keçirilib və ciddi xəsarət faktı qeydə alınmayıb.
Açıqlamada həmçinin qeyd olunur ki, valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına daha ciddi nəzarət etmələri və məktəblə əməkdaşlığın gücləndirilməsi tövsiyə olunub. Eyni zamanda məktəbin psixoloqu tərəfindən şagirdlərlə bağlı dəstəkləyici tədbirlərə başlanılıb.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin əməkdaşları da təhsil müəssisəsində olub, məsələ nəzarətə götürülüb və profilaktik işlərin gücləndirildiyi bildirilib.
Qeyd edilib ki, hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma davam etdirilir.
Fatimə Dadaşova
***13:06
Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Təhsil müəssisəsindən əldə etdiyimiz məlumata görə, N.A. adlı şagird, demək olar ki, hər gün məktəblilərə fiziki şiddət göstərir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Qeyd edək ki, ötən ilin əvvəlində (2025-ci ilin fevral ayında) də sözügedən məktəbdə şagirdlər arasında insident görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












