Bakıda ŞOK olay: 10 mərtəbəli binanın 11-ci mərtəbəsində... - VİDEO

Mənzil almaq istəyən Bakı sakini Mehriban Həsənova illərdir həllini tapa bilməyən problemlə üzləşib.
Avtosfer.az xəbər verir ki, o, 4 il əvvəl akademik Həsən Əliyev prospektində almaq üçün 80 min manat ödədiyi mənzilin sonradan ümumiyyətlə mövcud olmadığını öyrənib.
Mehriban Həsənova mənzil üçün ödəniş edib və müqavilə imzalayıb. Ancaq sonradan aldığı mənzillə bağlı ciddi uyğunsuzluqlar ortaya çıxıb. İddiasına görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb. Halbuki, layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə Mehriban Həsənova nə pulunu ala, nə də olmayan mənzilinə köçə bilir.
Zərərçəkənin sözlərinə görə, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisini hələ 2020-ci ildə aidiyyəti qurumlar dayandırıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona inşa olunmamış mərtəbədən mənzil satıb.
Məsələnin üzərindən dörd il keçsə də, Mehriban Həsənova nə mənzilini ala, nə də ödədiyi vəsaiti geri qaytara bilir.
Məsələ ilə bağlı adıçəkilən - "MM Park" MMC ilə əlaqə saxladıq. Şirkətdən tərəflər arasında məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklərini bildirdilər.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












