Bakıda sürücüdən qayda pozan piyadaya sərt irad: “Uşağı vursaydım nə olacaqdı?” - VİDEO

Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsində yol hərəkəti qaydalarını pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, azyaşlı övladı ilə birlikdə hərəkət edən piyada, işıqforun qadağanedici siqnalına məhəl qoymadan nizamlanan piyada keçidindən yolu keçməyə çalışıb. Bu zaman həmin şəxs yaxınlaşmaqda olan motosiklet üçün qəza şəraiti yaradıb.
Kadrlarda motosiklet sürücüsünün piyadaya etiraz etdiyi də əks olunub. Moto sürücü “Uşaqla yolu keçirsən, görmürsən qırmızı işıqdır? Uşağı vursaydım nə olacaqdı?” deyərək narazılığını bildirib. Piyada isə cavabında işıqfora diqqət etdiyini, lakin sağ zolaqda avtomobilin dayandığını görərək yolu keçdiyini söyləyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyadalar nizamlanan keçidlərdə yalnız işıqforun icazəverici siqnalı zamanı hərəkət etməlidirlər. Xüsusilə azyaşlılarla birlikdə yolu keçərkən qaydalara əməl olunmaması həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yarada bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












