Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən M.Səfərəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Səfərəliyevə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, hadisə 2026-cı il fevralın 18-də saat 17:30-da Bakının Nizami rayonu ərazisində baş verib.
Belə ki, M.Səfərəliyev idarə etdiyi "Ford Transit" avtomobili ilə Cəmşid Naxçıvanski küçəsində hərəkətdə olarkən digər sürücü O.Əliyevin idarə etdiyi "Toyota Prius" avtomobilinin ona yol vermədiyini iddia edərək mübahisə yaradıb.
İstintaq materiallarına əsasən, tərəflər arasında yaranmış narazılıq fonunda təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan maşından düşərək yaşayış binasının qarşısında O.Əliyevə yaxınlaşıb. O, ictimai yerdə ətrafdakı şəxslərin gözü qarşısında cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarına etinasız münasibət göstərərək qarşı tərəfə qarşı zor tətbiq edib. M.Səfərəliyev qəsdən yumruqla onun sifət nahiyəsinə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə alt çənənin sağ yarısının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirilib.
Cinayət işinin materiallarında qeyd edilib ki, hadisə ictimai yerdə - yaşayış binasının qarşısında baş verdiyindən ətrafda olan sakinlərin narahatlığına səbəb olub. Təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirilməsi, habelə əxlaq və birgəyaşayış normalarına saymaz münasibət göstərilməsi kimi qiymətləndirilib.
İttihama əsasən, M.Səfərəliyev şəxsi narazılığı və yol hərəkəti zamanı yaranmış mübahisəni zor tətbiq etməklə həll etməyə çalışıb, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurub və ətrafdakı şəxslərin normal həyat tərzini pozan hərəkətlərə yol verib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












