Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı

Bakıda sürücülər arasında yol verməməyə görə dava olub.
Avtosfer.az Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində qeydə alınıb.
İttiham aktına görə, 36 yaşlı İsmayıl Həşimov "Hyundai Grandeur" markalı avtomobili ilə adıçəkilən küçədə hərəkətdə olan zaman 27 yaşlı Fuad Qaçayevin sürücüsü olduğu "Toyota Prius" markalı avtomobilə yol verməyib.
Buna görə də Fuad İsmayıldan ona niyə yol verməməsinin səbəbini soruşub və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Daha sonra onların hər ikisi avtomobili saxlayaraq, nəqliyyat vasitələrindən düşüb. Fuad burada İsmayılı ətrafdakı insanların gözü qarşısında təhqir edib, yumruqla sifətinə, təpiklə də ayağına zərbə endirib. Nəticədə İsmayılın barmağı sınıb və bir sıra başqa xəsarətlər alıb.
Fakt əsasında Fuad Qaçayev barəsində axtarış elan olunub və o, polis əməkdaşları tərəfindən hava limanında saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını deyərək, barəsində yüngül cəza verilməsini istəyib. Zərərçəkən də həmçinin Fuada qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə F.Qaçayev 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qərara əsasən, o, elektron qolbaq taxacaq və saat 23:00-dan saat 07:00-dək yaşadığı yeri, cəza müddəti bitənədək isə Bakı şəhərinə tərk edə bilməyəcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












