Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü - YENİLƏNİB

Bakıda ticarət mərkəzində liftin qırılması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "Laçın" ticarət mərkəzinin şaxtasında baş verib. 1962-ci il təvəllüdlü Namiq Məmmədov liftin şaxtasına düşərək ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, orada ölüb.
Məlumata görə, N.Məmmədov Bakı Lift İdarəsinin mexaniki olub və həmin vaxt o, ticarət mərkəzinin liftini təmir edirmiş. Hadisə zamanı liftdə nasazlıq yaranıb və N.Məmmədov şaxtaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
***18:37, 5 avqust
Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib.
Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da. həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












