Bakıda villada PARTLAYIŞ: İki nəfər xəsarət aldı - YENİLƏNİB

Bakıxanov qəsəbəsində baş verən partlayışda xəsarət alanlardan biri ölüb.
Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
14:41***
Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışda xəsarət alanlarla bağlı yeni detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xəsarət alan şəxslər villada işləyən ustalar olublar.
***13:11
Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, partlayış dördmərtəbəli villanın birinci mərtəbəsində yerləşən hovuzda baş verib.
İlkin versiyaya görə, hovuzun altından keçən qaz xəttində sızma olub.
***11:44
Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, dekabrın 9-da saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
***11:23
Sabunçudakı partlayışla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək", - qeyd edilib.
***
Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.
Hadisənin qazsızmadan baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu deyilir.
Bərdə sakininin Ağdamda QUYUYA DÜŞÜB
Benzin satışına yeni LİMİT- BU ÖLKƏDƏ
Sumqayıtda məşhur su kanalına yenə zibil atırlar - FOTO
TIR-ın kabinində qəribə hadisə: sürücünün ayağı sükanın arasında sıxışdı – VİDEO
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri öldü - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
ADMİU-da birinci kurs tələbələrinə qarşı zorakılıq: Rəhbərlik hərəkətə keçdi – VİDEO - YENİLƏNİB
Bakıda şok hadisə: Nəhəng ilanla taksiyə minmək istədi - VİDEO
Bakıda maşın piyadanı vuraraq ÖLDÜRDÜ












