Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq - VİDEO

Bakıda quldurluq edərək restoranın kassasını qarət edən yeniyetmələrin cinayət işi üzrə məhkəmə prosesi işini davam etdirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda barələrində həbs olmayan qətimkan tədbiri seçilən təqsirləndirilən yeniyetmələrin sərbəst ifadələri dinlənilib. Cinayət işində daha əvvəl zərərçəkən kimi tanınan Amal Kakayev ifadəsi zamanı işlədiyi restoranda gecə növbəsində olduğu zaman iki maskalı şəxsin ona hücum edərək dəmir parçası ilə xəsarət yetirdiyini, daha sonra kassanı qarət etdiyini deyib.
Onun ifadəsinə əsasən, maskalı şəxslərin kimliyindən xəbərsiz olub. Lakin sonradan bilib ki, həmin iki maskalı şəxs onunla birlikdə kirayədə qalan və həmçinin birlikdə çalışan həmkəndliləri ‒ Eltun Mahmudov və Amil Rəhmətov olub. O, istintaqdakı ifadəsini deyil, məhkəmədə verdiyi ifadəsini təsdiqləyərək deyib ki, bu işdə onun əli olmayıb. Hadisə ilə bağlı təqsirləndirilən Amil və Eltun isə Amal Kakayevin yalan danışdığını, bu planı qabaqcadan düşünülmüş şəkildə həyata keçirdiklərini deyiblər.
Qeyd edək ki, 2025-ci il fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub. Restoranda gecə növbətçisi işləyən Amal Kakayev şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti oğurlayıblar.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar.
İbtidai istintaq araşdırmaları zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən kimi istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və oğurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar.
Aparılan araşdırmalar zamanı Amal Kakayev də saxlanılaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO












