Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi

Bakıda bir neçə oğurluq hadisəsi törətməkdə və yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməkdə təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs əvvəlcə tanışına məxsus mobil telefonu oğurlayıb. Belə ki, o, Nəsimi rayonu ərazisində söhbətgahda birlikdə vaxt keçirdiyi şəxsin yuxuya getməsindən istifadə edərək ona məxsus 350 manat dəyərində "Samsung A02” markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
İttihama görə, daha sonra o, 2011-ci il təvəllüdlü yeniyetməni oğurluq yolu ilə əldə olunacaq əmlakı bölüşdürəcəkləri vədi ilə cinayətkar qrupa cəlb edib. Təqsirləndirilən şəxs yeniyetmə və istintaqa məlum olmayan Ramin adlı şəxslə birlikdə bir neçə oğurluq hadisəsi törədib.
Onlar əvvəlcə yaşayış binasının giriş hissəsində saxlanılan 1200 manat dəyərində "Tufan M50” markalı mopedi oğurlayıb. Bundan sonra onlar Nəsimi rayonu ərazisindən 3100 manat dəyərində "Tufan S150” markalı motosikleti, daha sonra isə başqa ünvandan 3400 manat dəyərində "Minsk D-4 125” markalı motosiklet və 1500 manat dəyərində "Tufan M50” markalı mopedi ələ keçiriblər.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, oğurladığı mobil telefonu həmin gün 30 manata satıb. Digər oğurluq hadisələrini isə tanışları ilə birlikdə törətdiyini, nəqliyyat vasitələrini sataraq pul əldə etmək niyyətində olduqlarını deyib. Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxslərdən biri motosikletinin sonradan qaytarıldığını və təmir üçün əlavə xərc çəkdiyini bildirib. Digər zərərçəkmiş isə mopedin polis tərəfindən tapılaraq ona qaytarıldığını, lakin dəymiş ziyanın ödənilmədiyini deyərək təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 177.2.1-ci və 177.2.2-ci (təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddələri ilə təqsirli bilinib. Ona qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cinayət hadisələrində iştirak edən yetkinlik yaşına çatmayan şəxs isə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










