Bakıdakı güclü yanğını törədənin kimliyi bəlli oldu - Yüzlərlə ağac məhv oldu - YENİLƏNİB

"Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatan və təqsirləndirilən şəxs "Bakı Abadlıq Xidməti" MMC-nin bağbanı deyil".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Abadlıq Xidmətinin (BAX) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva açıqlamasında deyib.
O bildirib ki, sözügedən ərazi "Bakı Abadlıq Xidməti" MMC-yə aid deyil:
"Biz bəzi ərazilərdə yaşıllaşdırma, təmizlik və s. işlər həyata keçiririk. Qeyd olunan ərazi isə bizə aid deyil. Bakı şəhərində yaşıllaşdırma işlərini həyata keçirən bir neçə dövlət qurumu var, o cümlədən də bizim MMC.
Əməkdaşlarımız digər dövlət qurumlarının işçiləri kimi istintaq prosesinə cəlb olunublar. Onlardan ilkin izahat alınıb. Əməkdaşlarımız da bu ərazinin bizə aid olmadığını deyiblər. Üç işçimizdən izahat alınıb, sonra buraxılıblar. Bildirilib ki, "sizinlə əlaqə saxlanacaq". Ancaq sonra əlaqə saxlanılmayıb.
Təqsirləndirilən şəxsin adı abbreviatur şəklində verilib. Burada söhbət kimdən gedir, bilmirik. Biz bu məsələdə "Bakı Abadlıq Xidməti" MMC olaraq nə təqsirləndirilmişik, nə bir cərimə ödəmişik, nə də hər hansı məsuliyyətə cəlb olunmuşuq".
"Abbreviatur şəklində verilən adlar açıqlansa, biz bundan sonra onun hansı qurumun əməkdaşı olduğunu bilərik", - Lalə Əliyeva əlavə edib.
***14:18
Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına "Bakı Abadlıq Xidməti" MMC-nin bağbanı 1995-ci il təvəllüdlü B.A. çıxarılıb.
Məlum olub ki, onun odla ehtiyatsız davranması nəticəsində 863 ağac yanıb və təbiətə 25 min manat ziyan dəyib.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ağaclıq sahəyə gəlib qurumuş otları ona verilmiş otbiçən maşınla təmizləmək əvəzinə, öz işini asanlaşdırmaq məqsədilə kibritlə otları yandırıb, daha sonra həmin alovu söndürmək istəsə də, hava şəraitinin küləkli olması səbəbindən buna nail ola bilməyib.
Bağban hadisə yerinə gəlmiş şəxslərə qorxduğu üçün çay qaynatmaq məqsədilə yandırdığı ocağın alovunun yayılması nəticəsində yanğının baş verməsini deyib. O törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarına əsasən, bağbanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi











