Bakının mərkəzində bəzi obyektlər sökülür - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin "böyük meydan" adlanan ərazisində söküntü işlərinə başlanılıb.
Avtosfer.az "Yeni Sabah"a istinadla xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.
Metronun "Nəriman Nərimanov" stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanıb. Yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Həmçinin layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq.
Nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra küçə avtomobillər, piyadalar, ictimai nəqliyyat istifadəçiləri və şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və funksional məkana çevriləcək.
Xatırladaq ki, bir neçə ay əvvəl "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO



















