Bakının mərkəzindəki GÜCLÜ YANĞIN tam söndürüldü - VİDEO - YENİLƏNİB

Lev Tolstoy küçəsindəki yanğın tam söndürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş verən yanğın tam söndürülüb.
***14:23
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***13:06
Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarəti alıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinindən bildirilib ki, fevralın 17-də saat 11:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L.Tolstoy, 7, küçəsində yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı şəxs (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir./oxu.az
***12:56
Yanğın üçotaqlı mənzildə baş verib.
Nəticədə ev sahibi olan qadın və kişi xəsarət alıblar. Xəsarət alanların bacı-qardaş olduğu müəyyən edilib.
Binadan üç əcnəbinin də xilas edildiyi bildirilir.
***12:44
Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasındakı yanğın digər mənzilə keçib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, İslam Səfərli küçəsində birinci mənzildəki yanğın söndürülsə də, indi alov ona bitişik olan ikinci mənzilə keçib. Yanğının yenidən gücləndiyi bildirilir.
Məlumata görə yanğın baş verən yaşayış binasına bitişik tikili yerli əhəmiyyətli memarlıq abidəsidir.
***12:11
Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanlar var.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, iki nəfər (bir qadın, bir kişi) müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
***12:06
Paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***11:48
Bakının mərkəzində mənzildə yanğın başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
***
Paytaxtın Nizami (Torqovı) küçəsində yanğın başlayıb.
Avtosfer.az hadisə yerindən görüntüləri təqdim edir:
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO










