“BakuBus” avtobusu niyə tüstüləyib? - RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Avtobusda yaranan tüstülənmə ilə əlaqədar "BakuBus"dan Avtosfer.az-a bildirildi ki, bu gün, saat 08:33 radələrində “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JZ-192 dövlət qeydiyyat nişanlı avtobusun mühərrikinin turbokompressor sistemində texniki nasazlıq baş verib:
"Nəqliyyat vasitəsini idarə edən sürücü Əvəz Əliyev yaranmış nasazlıq barədə dərhal “BakuBus” Monitorinq Mərkəzinə məlumat vermiş, hadisənin baş verdiyi əraziyə dərhal Texniki Xidmət Servisi cəlb edilib. Hazırda nasazlığın aradan qaldırılması ilə bağlı texniki xidmət əməkdaşları tərəfindən müvafiq işlər yerinə yetirilir.
Sərnişinlərin daşınmasında fasilə yaranmaması üçün hadisə yerinə alternativ nəqliyyat vasitəsi yönləndirilmiş və sərnişinlərin daşınması operativ şəkildə təmin olunub.
Yaranmış texniki nasazlıqla bağlı bütün sərnişinlərdən üzr istəyirik".
***
16:25
***
Paytaxtın Yasamal rayonunda “BakuBus" MMC-yə məxsus sərnişin avtobusundan tüstü çıxdığı müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, avtobusun arxa hissəsindən qalxan tüstü ətrafda narahatlıq yaradıb.
Abdulla Şaiq küçəsində tüstülənmə artdığı üçün sürücü dərhal avtobusu saxlayaraq sərnişinlərin təhlükəsiz şəkildə düşməsini təmin edib. Avtobusda alovlanma qeydə alınmasa da tüstülənmənin texniki nasazlıq səbəbindən yarandığı ehtimal olunur.
Hadisənin detallarının araşdırılması istiqamətində işlər davam etdirilir.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












