Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb - TƏFƏRRÜAT

Ağsu rayonunda qadının qətlə yetirilərək meyitinin otlaq sahəsinə atılmasının təfərrüatı məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri 1977-ci il təvəllüdlü Əyyub Sahabov meyiti tapılan 43 yaşlı Zahirə Şükürovanın bacısının əridir.
Bildirilir ki, hadisə münaqişə zəminində baş verib. Əvvəllər məhkum həyatı yaşamış Ə.Sahabov dostu Seymur Məmmədovla baldızı Zahirəni boğaraq qətlə yetirdikdən sonra qadının meyitini maşına qoyaraq Ağsu şəhərindən Kürdəmir istiqamətinə aparıb. Onlar Ağsunun mərkəzindən 6-7 kilometr uzaqlıqda meyiti otlaq sahəsinə ataraq uzaqlaşıblar.
Qadının meyiti hadisədən 1 gün sonra – martın 23-də aşkar edilib.
Polis və prokurorluq orqanlarının həyata keçirdiyi tədbirlərlə qətlin üstü qısa müddətdə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Sahabov və S.Məmmədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə iş açılıb. İstintaq davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












