Barselona metrosunda partlayış: Səkkiz nəfər yaralandı

İspaniyanın Barselona şəhərində yerləşən "Plasa-de-Sans" metro stansiyasında qaz partlayışı və ardınca baş verən yanğın nəticəsində səkkiz nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb.
Hadisə L5 xəttindəki stansiyanın modernləşdirilməsi məqsədilə aparılan təmir işləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, saat 14:40 (Bakı vaxtı ilə 16:40) radələrində işçilər ehtiyatsızlıqdan qaz borusunu zədələyiblər və bu, qaz sızmasına səbəb olub. Daha sonra, saat 22:50-də (Bakı vaxtı ilə 23 iyul 00:50) problemi aradan qaldırmağa çalışarkən partlayış baş verib.
Zərərçəkənlərin hamısı işçilərdir. Onlardan ikisinin vəziyyəti ağır, digər ikisinin isə orta ağırdır və onlar "Val-d'Ebron" xəstəxanasına yerləşdiriliblər. Yüngül və orta ağır dərəcəli bədən xəsarətləri alan digər dörd nəfər isə "Klinik" tibb mərkəzinə aparılıblar.
Partlayışın ardınca güclü yanğın başlayıb. Yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olsalar da, qəza sahəsində qazın verilişi tam dayandırılana qədər davam edən sızma xilasetmə işlərini çətinləşdirib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












