Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır - YENİLƏNİB

Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, İddialara görə, 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova oğlu ilə şəxsiyyət vəsiqəsi üstündə yaranan mübahisə zamanı öldürülüb.
Qonşuların sözlərinə görə, Elvin Məmmədovun psixoloji problemləri olub.
"Çox gözəl ailə idi. Ana, ata və oğul birlikdə yaşayırdılar. Sevinc xanım çox mehriban insan idi, şirniyyat sexində işləyirdi. Bir neçə il əvvəl digər oğlunu itirmişdi və bu hadisə ona ağır təsir etmişdi. Elvinin isə ruhi problemləri var idi. Hər gün onu küçədə görürdüm, amma indiyədək kiməsə zərər verdiyini görməmişəm. Bu məhəlləyə yeni köçdüyüm üçün ailə haqqında geniş məlumatım yoxdur", - deyə qonşulardan biri bildirib.
Qonşunun sözlərinə görə, məhəllədə yayılan iddialara əsasən, ana ilə oğul arasında mübahisəyə şəxsiyyət vəsiqəsi səbəb olub.
"Bildiyim qədərilə, oğlan şəxsiyyət vəsiqəsinə görə anası ilə mübahisə edib. Hadisə qəfil baş verib. Belə hallardan nəticə çıxarmaq lazımdır. Ağır psixoloji problemləri olan şəxslər vaxtında nəzarətdə saxlanılmalı və müalicə almalıdırlar", - deyə o əlavə edib.
Qonşu məhəllədə yaşayan Cavid Məhərrəmov bildirib ki, hadisə baş verən zaman ata evdə olmayıb.
"Onları yaxından tanımırdım. Eşitdiyimə görə, normal ailə olublar. Elvin çöldə sakit davranırdı, amma psixoloji problemlərinin olduğu deyilirdi. Hadisə zamanı evdə yalnız ana və oğlu olub, atası isə rayonda imiş", - deyə o qeyd edib.
Ərazidə yaşayan başqa bir qadın isə bildirib ki, Elvin Məmmədov əvvəllər ailəli olub, sonradan boşanıb.
"Anası da, atası da çox sakit və yaxşı insanlar idilər. Elvini isə demək olar ki, heç görmürdüm", - deyə qonşu söyləyib.
***11:51
Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qəsəbədəki evlərin birində qeydə alınıb.
Cinayəti törətməkdə şübhəli bilinən 34 yaşlı Elvin Fərman oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs isə qardaşıdır.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










