Bayram tətilinə gedən futbolçu ailəsi ilə qəzaya düşdü - FOTO - VİDEO

Türkiyə Birinci Liqasında çıxış edən “Ankaragücü” Futbol Klubunun oyunçusu Furkan Perker ailəsi ilə birgə qəzaya düşüb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə onlar Qurban bayramı tətili üçün Ankaradan Antalyanın Manavqat rayonuna gedərkən olub.
Belə ki, avtomobil Manavqatın Dereağzı bölgəsində idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb və bir neçə dəfə aşıb.
Tamamilə yararsız hala düşən maşında olan 5 nəfər yaralanıb. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 2 nəfər xilasedicilər və təcili tibbi yardım əməkdaşları tərəfindən çıxarılıb.
Yaralanan Ferşat Perker, həyat yoldaşı Elif İrəm Perker, oğulları Vatan və Furkan Perker, həmçinin 11 yaşlı qızları M.P. ilkin tibbi yardımdan sonra Manavqatdakı xəstəxanalara çatdırılıb.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












