"Belə maşın idarə edərlər?" ifadəsinə görə tanımadığı şəxsi küçədə döydü

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
İttihama görə, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, İbrahim Bədəlov küçədə zərərçəkmiş Ziyad Ədalətovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, əli ilə qəsdən onun üz nahiyəsindən bir neçə dəfə zərbə vurub.
Hadisədən sonra İbrahim Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmə ifadəsində bildirib ki, hadisədən əvvəl idarə etdiyi VAZ-2106 markalı avtomobili mağazanın qarşısında saxlayarkən zərərçəkmiş "belə maşın idarə edərlər?" - ifadəsini işlədib. Dava da elə bu sözdən sonra başlayıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












