Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi; işinə qaytarılmadı

Rüşvət ittihamından bəraət alan keçmiş gömrük inspektoruna təzminat ödəniləcək.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə bəraət almış Mirağa Ağayevin təzminat tələbini qismən təmin edib.
Eks-gömrükçü cinayət məsuliyyətinə cəlb edilməsi və həbsdə saxlanılması nəticəsində itirdiyi qazanca görə 5 min manat maddi, mənəvi ziyana görə isə 10 min manat kompensasiya tələb edib.
Məhkəmə maddi ziyanla bağlı tələbi əsaslı saymayıb. Yalnız mənəvi ziyana görə iddiaçıya 5 min manat təzminat kəsilib.
M.Ağayev paralel olaraq işinə bərpa olunması tələbini də irəli sürüb.
Lakin Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi sabiq əməkdaşlarının işə qayıtmasına etiraz edib. Məhkəmə də bu yöndə qərar verib. İddaçının Bakı Baş Gömrük İdarrəsindəki işinə bərpa edilməsi tələbi rədd edilib.
Xatırladaq ki, M. Ağayev və bir neçə gömrükçü 2021-ci ildə prokurorluğun apardığı əməliyyat nəticəsində həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, biri istisna olmaqla, digər gömrükçülərə şərti cəza, Mirağa Ağayevə isə bəraət verilib.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












