Bərdədə bir ailənin dörd üzvü qidadan zəhərləndi - YENİLƏNİB

Bərdə rayonunda qidadan zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
"07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.
***11:23
Bərdə rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.
1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












