Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun FOTOLARI - VİDEO

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:
***
Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, E.Rüstəmovun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir.
Mərhumun qohumunun sözlərinə görə, tərəflər Elnur Rüstəmovun dayısı oğlunun yığıncağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, qarşı tərəf hadisədən sonra özü gedib polisə təslim olub:
"Tərəflər yaxın qohum olublar. Səhər eşitdik ki, belə bir hadisə baş verib. Elnur ailədə iki oğuldan böyüyü idi. Çox mehriban, hamı ilə ünsiyyətcil uşaq idi. Məsələnin bu həddə gəlib çatması üçün bir səbəb olmayıb".
Hadisəni törətməkdə şübhəli bilinən Cavad Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO



















