Bərdədə təqaüd və işə düzəltmə dələduzluğu

Bərdə rayonunda üç nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bərdə Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə olunan E.Pənahlıya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İttihama görə, E.Pənahlı özünü yüksək əlaqələrə malik şəxs kimi təqdim edərək zərərçəkmişlərə əlilliyə görə təqaüdün bərpası və işə düzəltmə vədləri verib. Daha sonra həmin vədlərlə onların etibarını qazanaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.
O, zərərçəkmişlərdən 3 700 manat, 5.000 manat və 4.650 manat olmaqla ümumilikdə 13 350 manat alaraq onlara maddi ziyan vurulub.
E.Pənahlı məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












