Beyləqanda şagirdlər qidadan zəhərləndi - FOTOLAR - YENİLƏNİB

Beyləqan rayonunda 16 nəfər qidadan zəhərlənib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.
***
Qida Təhlükəsizliyi Agentliyidən (AQTA) bildirilib ki, zəhərlənmə hadisəsi məktəblilər arasında baş verib.
Agentlik rayonun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) bu gün saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Qeyd edək ki, bundan öncə Gəncə və Sumqayıt məktəblərində də analoji hadisələr baş verib.
\
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












