Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ - VİDEO

Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nailə Səlimova ifadə verərək bildirib ki, o təqsirləndirilənin bibisinin qızıdır. Qətlə yetirilən Elşad Baxışovu isə yaxından tanısa da, onunla hər hansı bir yaxınlığı olmayıb. Kamalın həm ona, həm də Elşad Baxışova qarşı törətdiyi cinayət isə qısqanclıqdan olub və əbəs yerə törədilib. Buna görə də zərərçəkən təqsirləndirilənlə barışmadığını bildirərək ondan şikayətçi olduğunu deyib. Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsində hadisə yerində qeydə alınmış videogörüntülər nümayiş etdirilib.
Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Vaxt məhdudiyyətindən çıxışlar üçün proses iyulun 1-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelində Bakının Zığ qəsəbəsində baş verib. Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisinin qızı Nailə Səlimovaya çox sayda bıçaq zərbəsi endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxsıyev daha sonra əmisinin nəvəsi Elsad Baxışovu Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib. Kamal Baxşıyev barəsində Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1,29,120.2.2, 29.120.2.7-ci maddələri ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












