Bıçaqlı hücumu törədən qadını çeçen və suriyalı şəxslər zərərsizləşdiriblər

Almaniyanın Hamburq şəhərinin mərkəzi dəmir yolu vağzalında mayın 23-də insanlara bıçaqla hücum edən qadının saxlanılmasına dair bəzi təfərrüatlar açıqlanıb.
Avtosfer.az “Stern” jurnalına istinadla xəbər verir ki, 39 yaşlı qadının hücumunun qarşısını suriyalı və çeçen olan iki nəfər alıb.
Suriyanın Hələb şəhərindən olan və vətəndaş müharibəsi ilə əlaqədar 2022-ci ildə Almaniyaya sığınan 19 yaşlı Məhəmməd əl-Məhəmməd qadının insanlara bıçaqla hücum etdiyini görən kimi onu saxlamaq qərarına gəlib. Həmin anda çeçen əsilli bir nəfər də müdaxilə edərək qadını yerə yıxıb. Qadın müqavimət göstərməyib və hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisədən sonra suriyalı gənc polis şöbəsinə aparılıb və ifadə verib. Polis əməkdaşları cəsarətinə görə ona təşəkkür ediblər.
Ümumilikdə 18 nəfərin xəsarət aldığı hücumun qarşısının alınmasında göstərdiyi cəsarətə görə, Məhəmməd əl-Məhəmmədə sosial şəbəkələrdə çoxsaylı təşəkkür və dəstək mesajları gəlib. Təkcə instaqramda onun cəsarətli hərəkəti ilə bağlı paylaşım 23 min dəfə bəyənilib.
Çeçen əsilli digər şəxslə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












