Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI - YENİLƏNİB

Paytaxtın Biləcəri qəsəbəsi 10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, aprelin 2-si gecə saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov 55 yaşlı Xaləddin Hüseynov və 48 yaşlı anası İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir.
C.Hüseynovun atasına 22, anasına 9 bıçaq vurduğu iddia olunur. Bildirilir ki, ana-ata yatmış vəziyyətdə olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs kollec tələbəsidir. Qohumların verdiyi məlumata görə, sevdiyi qızla münasibəti pozulan C.Hüseynovda psixoloji problemlər yaranıb. O, evin tək övladı olub.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır.
Əraziyə prokurorluq əməkdaşları cəlb ediliblər.
***11:33
Bakı şəhəri, Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanan şəxslərin vəziyyətləri açıqlanıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatında qeyd edilib.
Bildirilib ki, bu gün saat 06:30-da Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda onların müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir"./oxu.az
***10:24
Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO












