Biləcəridə yollar bərbaddır; çuxurlar maşınlara ziyan vurur - VİDEO

Paytaxtın Biləcəri qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, qəsəbənin Xudatbəy Məlikaslanov küçəsinin yolları acınacaqlı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, küçənin müxtəlif hissələrində yol örtüyü deformasiyaya uğrayıb, iri çalalar və kələ-kötür sahələr yaranıb. Xüsusilə kanalizasiya quyularının ətrafında vəziyyətin daha acınacaqlı olduğu bildirilir. Yol səthində çökmələrin olması həm sürücülər, həm də piyadalar üçün ciddi çətinlik yaradır.
Qeyd olunur ki, yağışlı havalarda çalalara su dolduğundan hərəkət daha da çətinləşir, nəqliyyat vasitələrinin texniki vəziyyətinə ziyan dəyir. Sürücülər bildirirlər ki, küçədə avtomobillərin hərəkəti zamanı sürəti minimuma endirməyə məcbur qalırlar.
Binəqədi Rayon İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınaraq aidiyyəti quruma müraciət edilmişdir.
Əlavə məlumat üçün bildiririk ki, prosesin icrası mərhələli şəkildə həyata keçiriləcəkdir.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












