Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Bakının Binəqədi rayonunda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
Nərimanov Tibb Mərkəzindən Avtosfer.az-a bildirilib ki, dünən saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən (kişi) 2-nin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
“Vəziyyəti ağır olan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, - məlumatda deyilir.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












