Bloger canlı yayım zamanı bir nəfəri bıçaqladı

Türkiyədə “Karagül” ləqəbli TikTok istifadəçisi canlı yayım zamanı bir nəfərə bıçaqla hücum etdikdən sonra cinayət araşdırmasının fiqurantına çevrilib. Hadisə baş verənlərin onlayn yayımlanması səbəbindən geniş ictimai rezonans doğurub. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, qadın hücum zamanı yayımı dayandırmayıb və baş verənləri telefonla çəkməyə davam edib. İzləyicilərin bir qisminin isə hadisə zamanı belə canlı yayımda virtual hədiyyələr göndərməsi əlavə narazılıq yaradıb.
Şahidlərin müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Qadın saxlanılıb, lakin polis bölməsinə aparılan vaxt da xidməti avtomobildən canlı yayımı davam etdirib.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatları ilə bağlı araşdırmaya başlayıb. Zərərçəkənin vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir.
Qeyd olunur ki, “Karagül” daha əvvəl də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. Onun barəsində uşaqlara qarşı mümkün zorakılıq faktı üzrə yoxlama aparılıb. Nəticədə üç uşaq dövlət himayəsinə verilib, sosial şəbəkə hesablarına giriş isə qismən məhdudlaşdırılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












