Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - YENİLƏNİB

Türkiyənin Muğla bölgəsinin Bodrum akvatoriyasında qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Sahil Mühafizəsi Xidmətinin komandanlığına istinadən məlumat yayıb.
"Bu gün səhər saatlarında Bodrum sahillərində miqrantları qanunsuz daşıyan çoxsaylı sürətli rezin qayıq aşkar edilib və hadisə yerinə Sahil Mühafizəsi Xidmətinin gəmisi göndərilib.
Vizual və səsli xəbərdarlıqlara baxmayaraq, qayıq yüksək sürətlə ərazidən uzaqlaşmağa çalışıb. Bütün xəbərdarlıqlara məhəl qoymayan nəqliyyat vasitəsi dayanmayıb və dənizdə pis hava şəraiti səbəbindən batıb.
Əraziyə helikopter və üç qayıq göndərilib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 21 nəfər xilas edilib, 18 qaçaq mühacirin meyiti sudan çıxarılıb", - deyə mühafizə xidmətindən bildirilib.
Xəbərdə bildirilir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
***11:00
Türkiyənin Muğla bölgəsinin Bodrum rayonu akvatoriyasında qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində azı 11 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Haber Global" informasiya yayıb.
Məlumata görə, 11 nəfərin meyiti sudan çıxarılıb, 21 miqrant isə xilas olunub.
Bölgədə hava və quru yolu ilə axtarış-xilasetmə əməliyyatları davam edir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - VİDEO
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












