Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA

Bölgə ölkələrində sərnişin qatarlarının qət etdiyi ən uzun dəmir yolu marşrutları məsafə və səyahət müddəti baxımından bir-birindən ciddi şəkildə fərqlənir. Eyni zamanda, marşrutun uzunluğu ilə yanaşı, dəmir yolunun texniki imkanları, qatarların hərəkət sürəti, dayanacaqların sayı və infrastrukturun vəziyyəti də səfərin müddətinə birbaşa təsir göstərir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bölgə ölkələrinin ən uzun sərnişin dəmir yolu marşrutları ilə bağlı müqayisə aparıb.

Məlumata görə, Rusiyada ən uzun marşrutlardan biri Sankt-Peterburq–Mahaçqala istiqamətidir. 135A nömrəli qatar təxminən 2883 kilometr məsafəni 2 gün 3 saat 49 dəqiqəyə qət edir. Bu zaman orta hərəkət sürəti təxminən 56 km/saat təşkil edir.
Qazaxıstanda Manqistau (Aktau)–Almatı-2 marşrutu 2757 kilometr uzunluğundadır. Qatar bu məsafəni təxminən 2 gün 7 saat 31 dəqiqəyə qət edir.
İranda Təbriz–Məşhəd sərnişin dəmir yolu marşrutunun uzunluğu təxminən 1500 kilometr, səyahət müddəti isə 22–24 saatdır.
Türkiyədə Ankara–Qars istiqamətində hərəkət edən Şərq Ekspresi 1365 kilometr məsafə qət edir. Səfər Qars istiqamətində təxminən 26 saat 32 dəqiqə, əks istiqamətdə isə 25 saat 56 dəqiqə davam edir.
Türkmənistanda Türkmənbaşı–Türkmənabat marşrutunun uzunluğu 1145 kilometrdir. Bu istiqamətdə səfər müddəti təxminən 28 saat 6 dəqiqə təşkil edir.
Azərbaycanda isə uzun məsafəli sərnişin marşrutlarından biri Bakı–Qazax istiqamətidir. 732 nömrəli qatar 468 kilometrlik məsafəni təxminən 5 saat 35 dəqiqəyə qət edir.
Gürcüstanda Tbilisi–Batumi marşrutu 358 kilometrdir. 802 nömrəli qatar bu məsafəni təxminən 4 saata qət edir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu göstəriciləri yalnız kilometrlə müqayisə etmək düzgün deyil. Marşrutun uzunluğu ilə yanaşı, dəmir yolu xəttinin texniki vəziyyəti, qatarların maksimal və orta hərəkət sürəti, dayanacaqların sayı, relslərin və digər infrastrukturun imkanları səyahət müddətinin formalaşmasında mühüm rol oynayır.
Ekspertin fikrincə, Qazaxıstanda Manqistau–Almatı-2 marşrutu 2757 kilometr uzunluğunda olsa da, səfərin 55 saatdan çox davam etməsi ilə Türkiyədə 1365 kilometrlik Ankara–Qars marşrutunun təxminən 26 saata qət edilməsi arasında ciddi fərq var. Bu da göstərir ki, sərnişin daşımalarında yalnız məsafənin qısa və ya uzun olması deyil, xəttin texniki imkanları və istismar xüsusiyyətləri də əsas göstəricilərdən biridir.
Bu baxımdan, dəmir yolu marşrutlarının müqayisəsində orta sürət, səfər müddəti, dayanacaqlar və infrastruktur göstəricilərinin birlikdə nəzərə alınması daha obyektiv nəticə verir.
Eltac Zülfüqaroğlu
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO










