"Bolmart"dan alınan çörəkdə şübhəli ləkələr və kif aşkarlandı - FOTO

Əməkdar jurnalist, ATV prezidentinin müşaviri Səadət Məmmədova "Bolmart" mağazasından aldığı qarabaşaq çörəyində şübhəli ləkələr və kif aşkar etdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dünən axşam "Bolmart" mağazasından N1 markasının istehsalı olan qarabaşaq çörəyi alıb:
"Ucuz da deyil, bu çörək 3 manata satılır .Qlüten həssaslığıma görə adətən belə çörəklər yeyirəm. Səhər bir dilim yedim, ikincini götürəndə üzərində ağ ləkə gördüm, elə bildim undur. Silkələdim getmədi. Əlimi vurdum, yoxladım, gördüm ki, bu nəsə ayrı şeydir. Çörəyin üzərinə yapışmış bu açıq çəhrayımtıl rəngli ləkənin qoxusu daha çox divar boyasına - emulsiyaya bənzədi. Bəlkə də kif növüdür, anlamadım. 3 dilim bu vəziyyətdə idi. Alt dilimlərə baxdıqca adi kif gördüm. Bir sözlə bu çörək köhnə idi. Amma boya ləkəsi ehtimal etdiyim ağ ləkə necə olub ki, çörəyə tökülüb? Bu çörəklər hansı şəraitdə istehsal olunur?"./unikal


Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO












