Braziliyada təyyarə binaya çırpıldı - Anbaan VİDEO

Braziliyanın cənubunda kiçikmühərrikli təyyarənin yaşayış binasına çırpılması nəticəsində faciə baş verib.
Avtosfer.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, hadisə Riu-Qrandi-du-Sul ştatının sahil şəhəri olan Kapan-da-Kanoada qeydə alınıb.
Bildirilib ki, San-Paulu şəhərindən havaya qalxan tək mühərrikli təyyarə aşağı hündürlükdə uçarkən qəfil idarəetməni itirərək binaya çırpılıb.
Qəza zamanı təyyarədə ikisi pilot, ikisi sərnişin olmaqla ümumilikdə 4 nəfər olub. İlkin məlumata görə, bir pilot və hər iki sərnişin hadisə yerində həyatını itirib. Dördüncü şəxsin taleyi barədə isə hələlik dəqiq məlumat yoxdur.
Xoşbəxtlikdən, təyyarənin çırpıldığı binanın hadisə anında boş olduğu bildirilir. Hazırda yerli hakimiyyət orqanları qəzanın dəqiq səbəblərini araşdırır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












