Bu ölkədə MATƏM ELAN OLUNDU

Nepal avqustun 26-da Rasuva rayonunda Bhote Koşi çayında baş verən dağıdıcı daşqın nəticəsində ölən 1300-dən çox insanın xatirəsinə matəm günü elan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ölkə ərazisində hökumət binalarında, eləcə də xaricdəki diplomatik nümayəndəliklərin qarşısında dövlət bayraqları yarıya endirilib. Dindarlar isə məbədləri ziyarət edərək yaxınlarının sağ-salamat tapılması üçün dua edirlər.
Daşqın Çinin sərhədində, Rasuvagadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqunundan sonra qeydə alınıb. Güclü sel suları çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.
Təbii fəlakət nəticəsində 32 min ailə evsiz qalıb, təxminən 7 500 ev dağılıb. Ölkənin mərkəzi hissəsində mühüm infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Hazırda 589-u xarici vətəndaş olmaqla, təxminən 5 min nəfər itkin düşmüş hesab olunur.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












