Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək

ABŞ-da daxili aviareyslərdən istifadə edən sərnişinlərə tibbi məqsədlə təyin olunan marixuananı daşımağa icazə verilib. Avtosfer.az xəbər verir ki, qərar ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yenilənmiş tövsiyələrindən sonra qüvvəyə minib. Yeni qaydalara əsasən, yalnız həkim resepti ilə təyin edilmiş tibbi çətənəni həm əl yükündə, həm də qeydiyyatdan keçən baqajda daşınmasına icazə verilir. Qaydaların yenilənməsi ABŞ prezidenti Donald Tramp administrasiyasının tibbi kannabisi I siyahıdan III siyahıya keçirməsi ilə əlaqələndirilir. Bununla belə, marixuana federal səviyyədə hələ də qanunsuz hesab olunur. Yeni status isə onun tibbi araşdırmalarda istifadəsinə imkan yaradır və tibbi marixuananın artıq leqallaşdırıldığı ABŞ-ın 40 ştatı və Kolumbiya dairəsinin qanunvericiliyinə uyğun gəlir. TSA qeyd edib ki, təhlükəsizlik əməkdaşları məqsədli şəkildə narkotik vasitələr axtarmırlar. Lakin yoxlama zamanı qanunsuz maddə və ya hüquq pozuntusu əlamətləri aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bununla yanaşı, yeni qaydalar yalnız tibbi məqsədlə istifadə olunan çətənəyə şamil edilir. Rekreasiya məqsədli marixuana istifadəsi bu siyahıya daxil deyil. TSA həmçinin təyyarəyə hansı həcmdə tibbi çətənə aparılmasına icazə verildiyini dəqiqləşdirməyib. Hər bir halda yekun qərarı hava limanındakı təhlükəsizlik əməkdaşı verəcək. (lent.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












