Bu ölkənin sabiq naziri QƏTLƏ YETİRİLİB

Böyük Britaniyanın sabiq naziri və "Reform UK" Partiyasının tanınmış simalarından olan Enn Uiddikombun qətli ilə bağlı məhkəmədə dəhşətli detallar açıqlanıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı Enn Uiddikomb iyulun 8-də İngiltərənin cənub-qərbindəki kənd evində nahar etdiyi vaxt naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Onun meyiti evinin mətbəxində aşkarlanıb. Londondakı məhkəmədə prokurorlar bildiriblər ki, Böyük Britaniya vətəndaşı, 28 yaşlı Coşua Kerri Uiddikombun baş nahiyəsinə çəkiclə 21 zərbə endirib. Hücumdan əvvəl o, evə daxil olaraq "Bank kartlarınız və şəxsiyyət vəsiqəniz varmı?" sualını verib.
Daha sonra əlində gizlətdiyi çəkiclə qadına hücum edib, onu stuldan yerə yıxaraq pul kisəsini götürüb və təxminən iki dəqiqə ərzində evi tərk edib. Prokuror Kaşif Malikin sözlərinə görə, evdə quraşdırılmış təhlükəsizlik kamerası hadisəni tam şəkildə qeydə alıb. Coşua Kerri Londonun Vestminster Magistratlar Məhkəməsində qətldə ittiham olunub.
O, ittiham üzrə özünü təqsirli və ya təqsirsiz hesab etdiyini açıqlamayıb. Sonradan Old Beyli Mərkəzi Cinayət Məhkəməsi onun növbəti məhkəmə iclasınadək, oktyabr ayına qədər həbsdə saxlanılmasına qərar verib. Polis qətlin məqsədli şəkildə törədildiyini hesab etsə də, cinayətin motivi hələ müəyyən edilməyib. Hücumun terrorla əlaqəsinin olub-olmaması da araşdırılır. Enn Uiddikomb 1992–1997-ci illərdə Con Meycor hökumətində kiçik nazir vəzifəsində çalışıb. Son illərdə isə Naycel Farajın rəhbərlik etdiyi "Reform UK" Partiyasında immiqrasiya və ədliyyə məsələləri üzrə sözçü kimi fəaliyyət göstərib. O, 2010-cu ildə parlamentdən ayrıldıqdan sonra "Strictly Come Dancing" də daxil olmaqla bir sıra televiziya layihələrində iştirak edib./ajans.az
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












