Canlı yayımda qadını və ailəsini söyən oğlan həbs olundu

Sosial şəbəkələrdə bir ailəni təhqir edən şəxs həbs olunub.
Avtosfer.az xəbər verir ki, 33 yaşlı Telman Salmanov (şərti adla) münasibətləri pis olan qadını, onun valideynlərini və övladlarını “Bigo Live” sosial şəbəkəsində açdığı canlı yayımlarda 1 il ərzində söyüb. Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Telman polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Telman Salmanov ifadəsində bildirib ki, təxminən 1 il əvvəldən bu vaxtadək Lyudmila adlı qadınla şəxsi narazılıq səbəbindən ona qarşı mənfi münasibətləri yaranıb. Qisas almaq üçün “Bigo Live” sosial şəbəkəsində Lyudmilanı, valideynlərini və övladlarını canlı yayımda izləyicilərin də eşitdiyini bilərək, qəsdən təhqir edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Zərərçəkən qadın isə Telmanın barəsində ciddi qanuni tədbir görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə T. Salmanov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












