Cəbrayılda mina partladı - Xəsarət alan var - YENİLƏNİB

Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından Avtosfer.az- a bildirilib ki, bu gün saat 13:00 radələrində mina partlayışı səbəbilə tibb müəssisəsinə gətirilən şəxsə sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.
Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi xəstəxanda davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***14:53
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
"Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur", məlumatda deyilir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












