Cəlilabadda 37 yaşlı şəxsin qətlinin TƏFƏRRÜATI

Cəlilabadda 37 yaşlı Bəhruz Hüseynovun qətlinin təfərrüatları məlum olub.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Cəlilabad rayonu Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu işdən evə qayıtdıqdan sonra qonşu otaqdan gələn səsləri eşidib. Evdə bacısı və onun qıznın da olması səbəbilə əvvəlcə bundan şübhələnməyib. Lakin otağın qapısını açdıqda orada bacısı qızı ilə birlikdə başqa bir şəxsi - Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb. Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə zərbə vurub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib. Ağır yaralanan Bəhruz Hüseynov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov saxlanılıb. Qeyd edək ki, avtomobil ustası olan B. Hüseynovun iki övladı var.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












